“Səhnəyə ilk addım” konserti keçirilib

“Səhnəyə ilk addım” konserti keçirilib Konsert 8 mart- Beynəlxalq Qadınlar Gününə həsr edilib
İncəsənət
5 Mart , 2016 06:22
“Səhnəyə ilk addım” konserti  keçirilib

Bakı. 4 mart. REPORT.AZ/ Martın 4-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Musiqi Məktəblərinin təşkilatçılığı ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin konsert zalında 8 mart – Beynəlxalq Qadınlar gününə həsr edilən konsert proqramı keçirilib.

"Report" xəbər verir ki, Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəblərində təhsil alan 1-ci sinif şagirdlərinin “Səhnəyə ilk addım” adlı konserti keçirilib.

Şagirdlər Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət zəngin konsert proqramı ilə çıxış edib.

Məktəbin foyesində İncəsənət Məktəbinin 1-ci sinif şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olunub.

Son xəbərlər

Orphus sistemi