"Səda" Tədris Teatrında "Ölülər" tamaşası tələbələrin ifasında göstəriləcək

"Səda" Tədris Teatrında "Ölülər" tamaşası tələbələrin ifasında göstəriləcək Tamaşa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin diplom işidir
İncəsənət
21 İyun , 2016 20:51
Səda Tədris Teatrında Ölülər tamaşası tələbələrin ifasında göstəriləcək

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakultəsi - Dram teatr və kino aktyorluğu ixtisası IV kurs tələbələri Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasını hazırlayıb.

"Report" xəbər verir ki, iyunun 22-də "Səda" teatrının səhnəsində nümayiş etdiriləcək tamaşa IV kurs tələbələrinin diplom işidir.

Tamaşanın rejissoru, əməkdar artist Məmməd Səfa, tamaşanın plastik həll üzrə rejissoru əməkdar artist Pərviz Məmmədrzayev, rejissor Elşən Mehdizadə, musiqi tərtibatı Amid Qasımovdur.

Rolları Şamil İbrahimov, Fərhad Fərhadzadə, Afiq Tağıyev, Ruslan Hüseynov, Şəbnəm Məmmədova, Cəmilə Muradova, Adil Dəmirov və başqaları ifa edəcək.

Kursun bədii rəhbəri əməkdar artist Məmməd Səfadır. 

Son xəbərlər

Orphus sistemi