"Sarı gəlin" balet kompozisiyası onlayn təqdim olunub

"Sarı gəlin" balet kompozisiyası onlayn təqdim olunub Azərbaycan Dövlət Akademik Musiqili Teatr pandemiya dövründə yeni layihə həyata keçirib. 
İncəsənət
28 Yanvar , 2021 13:10
Sarı gəlin  balet kompozisiyası onlayn təqdim olunub

Azərbaycan Dövlət Akademik Musiqili Teatr pandemiya dövründə yeni layihə həyata keçirib.

"Report"un məlumatına görə, dünya şöhrətli musiqiçi, bəstəkar Sami Yusifin ifasında səslənən "Sarı gəlin" xalq mahnısı əsasında milli dəyərləri özündə əks etdirən balet kompozisiya geniş tamaşaçı kütləsinə onlayn təqdim edilib.

Layihənin ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu baletmeysteri əməkdar artist Emin Əliyev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.

Əməkdar artist Emin Əliyev quruluş verdiyi balet kompozisiyanın eyni zamanda ifaçısıdır.

Son xəbərlər

Orphus sistemi