Saratovda “Azərbaycanın rəngli yuxuları” adlı sərgi açılıb

Saratovda “Azərbaycanın rəngli yuxuları” adlı sərgi açılıb A.N.Radişev adına Saratov Dövlət Rəssamlıq Muzeyində XX əsr Azərbaycan rəssamlarının yaradıcılığına həsr olunmuş “Azərbaycanın rəngli yuxuları” adlı sərginin açılış mərasimi keçirilib.
İncəsənət
9 İyun , 2022 13:08
Saratovda “Azərbaycanın rəngli yuxuları” adlı sərgi açılıb

A.N.Radişev adına Saratov Dövlət Rəssamlıq Muzeyində XX əsr Azərbaycan rəssamlarının yaradıcılığına həsr olunmuş “Azərbaycanın rəngli yuxuları” adlı sərginin açılış mərasimi keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, sərgidə Radişev muzeyinin, “Mərcani” Fondunun və Mixail Arefyevin kolleksiyasına daxil olan rəsm əsərləri, qrafika və xalçalar nümayiş olunur.

Ekspozisiyaya 35 azərbaycanlı rəssamın, o cümlədən Səttar Bəhlulzadənin, Nadir Əbdülrəhmanovun, Mikayıl Abdullayevin, Tofiq Cavadovun, Mirnadir Zeynalovun, Toğrul Nərimanbəyovun, Rasim Babayevin, Qəyyur Yunusun və digərlərinin 100-dən çox əsəri daxil edilib.

Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə attaşesi Nigar Axundova, Saratov vilayətinin mədəniyyət naziri Natalya Şelkanova, kolleksiyaçı Mixail Arefyev, “Mərcani” Fondunun prezidenti Rüstəm Süleymanov və digərləri iştirak ediblər.

“Azərbaycanın rəngli yuxuları” sərgisi avqustun 31-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi