"Santa-Barbara" serialının aktrisası dünyasını dəyişib

"Santa-Barbara" serialının aktrisası dünyasını dəyişib Bakı. 2 sentyabr. REPORT.AZ/ ABŞ-da sabun operalarının ulduzu Süzen Braun 87 yaşında vəfat edib.
İncəsənət
130
2 Sentyabr , 2018 12:49
Santa-Barbara serialının aktrisası dünyasını dəyişib

Bakı. 2 sentyabr. REPORT.AZ/ ABŞ-da "sabun operaları"nın ulduzu Süzen Braun 87 yaşında vəfat edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri yazıb.

Aktrisanın vəfatı xəbərini icraçı prodüser Frenk Valentini təsdiq edib. O, öz tvitində Braunun yaxınlarına və bütün onu tanıyanlara başsağlığı verib.

Braun aktrisalıq karyerasına 1977-ci ildə başlayıb. Aktrisa Azərbaycan tamaşaçısına "Santa-Barbara" serialında Viktoriya Leynin anası kimi oynadığı Canet Leyn obrazından tanışdır.

O, aktrisalıq fəaliyyətini 2004-cü ildə başa vurub. Braun son olaraq "Baş xəstəxana" serialına çəkilib.

Son xəbərlər

Orphus sistemi