​Sankt-Peterburqda Azərbaycan generalı Hüseyn xan Naxçıvanskiyə abidə ucaldıla bilər

​Sankt-Peterburqda Azərbaycan generalı Hüseyn xan Naxçıvanskiyə abidə ucaldıla bilər Abidənin Cümə məscidi ilə üzbəüz qoyulması nəzərdə tutulub
İncəsənət
23 Noyabr , 2014 02:52
​Sankt-Peterburqda Azərbaycan generalı Hüseyn xan Naxçıvanskiyə abidə ucaldıla bilər

Bakı. 23 noyabr. REPORT.AZ/ Sankt-Peterburqun Kronverks prospektinin Petroqrad tərəfində Cümə məscidinin yanında imperator II Nikolayın general-adyutantı, Azərbaycan əsilli Hüseyn xan Naxçıvanskinin abidəsi ucaldıla bilər.

"Report" xəbər verir ki, bu barədə Sankt-Peterburqun Şəhərsalma və Memarlıq Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, abidənin eskiz layihəsinin müzakirəsi Peterburqun şəhər mühitinin monumental-dekorativ, bədii və informasiya-reklam rəsmiləşdirilməsi, kompleks abadlıq məsələləri üzrə işçi qrupunun iclasında aparılıb.

Abidənin qoyulması təşəbbüsü ilə “Naxçıvan” azərbaycanlıların dostlarının milli-mədəni birliyi” regional ictimai təşkilatı çıxış edib. Heykəlin Miçurin, Malaya Posadoskaya və Konnıy pereulok küçələrinin kəsişməsində qoyulması təklif olunur.

Abidə üzü Cümə məscidinə doğru baxmalıdır. Onun ümumi hündürlüyü beş metrdən çox ola bilər.

İşçi qrupun üzvləri göstərilən ünvan üzrə abidənin qoyulacağı yeri bəyəniblər.

Son xəbərlər

Orphus sistemi