Rusiyanın xalq artisti vəfat edib

Rusiyanın xalq artisti vəfat edib Aleksey Jarkov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib
İncəsənət
6 İyun , 2016 17:12
Rusiyanın xalq artisti vəfat edib

Bakı. 6 iyun. REPORT.AZ/ Rusiyanın xalq artisti Aleksey Jarkov vəfat edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, 69 yaşlı aktyor uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

130-dan çox bədii filmdə irili-xırdalı müxtəlif obrazlar ifa edən aktyor 1948-ci ildə anadan olub. O, MXAT məktəb-studiyasında təhsil alıb.

Son xəbərlər

Orphus sistemi