Rusiyanın tanınmış rejissoru xəstəxanaya yerləşdirilib

Rusiyanın tanınmış rejissoru xəstəxanaya yerləşdirilib Bu səbəbdən Nikita Mixalkov prezidenti olduğu kinofestivalın açılışında iştirak etməyib
İncəsənət
25 İyun , 2016 17:05
Rusiyanın tanınmış rejissoru xəstəxanaya yerləşdirilib

Bakı. 25 iyun. REPORT.AZ/ Rusiya Kinematoqrafçılar İttifaqının sədri, tanınmış rejissor Nikita Mixalkov xəstəxanaya yerləşdirilib. 

"Report" xəbər verir ki, buna səbəb onun ağ ciyərlərində yaranan problem olub.

Ona görə də Nikita Mixalkov prezidenti olduğu 38-ci Beynəlxalq Moskva Kinofestivalının açılışında iştirak edə bilməyib.

"Nikita Sergeyeviç ağ ciyərlərin kəskin soyuqdəyməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Özünü zəif hiss edən rejissor Beynəlxalq Moskva Kinofestivalının tarixində ilk dəfə olaraq, tədbirin açılışında iştirak edə bilməyib. Amma festivalın gedişini xəstəxanadan izləyib. N.Mixalkov tədbirin bağlanış günü - iyunun 30-dək nüfuzlu tədbirə qatılacaq", - deyə Rusiya Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi