Rusiyalı müğənni Beynəlxalq Muğam Mərkəzində konsert verəcək

Rusiyalı müğənni Beynəlxalq Muğam Mərkəzində konsert verəcək Aprelin ikinci ongünlüyündə Beynəlxaq Muğam Mərkəzində baş tutacaq tədbirlər açıqlanıb
İncəsənət
14 Aprel , 2015 10:31
Rusiyalı müğənni Beynəlxalq Muğam Mərkəzində konsert verəcək

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin ikinci ongünlüyündə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək tədbirlərin siyahısı açıqlanıb. "Report" xəbər verir ki, aprelin 19-da rusiyalı müğənni Anton Belyayev Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək. 

Aprelin 18-də "Bakılı oğlanlar" komandasının kapitanı, mərhum Anar Məmmədxanovun xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək.

Aprelin 22-də Muğam Mərkəzində Qara Qarayev Festivalı çərçivəsində klassik musiqi konserti olacaq.

Aprelin 29-da isə xalq artisti, görkəmli tarzən Ramiz Quliyevin yaradıcılıq gecəsi Beynəlxalq Muğam Mərkəzinin səhnəsində baş tutacaq. Konsert Ramiz Quliyevin ad günü ərəfəsində keçirilir.

Son xəbərlər

Orphus sistemi