Rus Dram Teatrında yeni tamaşanın premyerası keçiriləcək

Rus Dram Teatrında yeni tamaşanın premyerası keçiriləcək Səhnə əsəri Anarın romanı əsasında hazırlanıb
İncəsənət
6 İyun , 2018 15:38
Rus Dram Teatrında yeni tamaşanın premyerası keçiriləcək

Bakı. 6 iyun. REPORT.AZ/ İyunun 30-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında yazıçı Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında hazırlanmış "Yuxularımdan çıx" tamaşasının premyerası keçiriləcək.

Teatrdan "Report"a verilən məlumata görə, tamaşa Azərbaycanın xalq artisti Aleksandr Şarovski tərəfindən səhnələşdirilib.

Tamaşada Təhminə rolunu Olqa Arsentyeva, Zaur rolunu isə İbrahim Çingiz oynayacaq. Səhnə əsərində həmçinin Azərbaycanın xalq artisti Ayan Mirqasımova, əməkdar artistlər Mələk Abaszadə, Salman Bayramov və Naina İbrahimova rol alacaqlar.

Son xəbərlər

Orphus sistemi