Bakı. 7 sentyabr. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrında sentyabrın 16-da Ejen İoneskonun "Mərasim" pyesi əsasında hazırlanmış tamaşanın premyerası baş tutacaq.
Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ərşad Ələkbərov (Sankt-Peterburq), quruluşçu rəssamı Azərbaycanın əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssamı Nikolay Rudıçevdir.
Tamaşada xalq artistləri Fəxrəddin Manafov və Mehriban Zəki, həmçinin teatrın aktyorları Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Duboviskaya, Natiq Hüseynov, kütləvi səhnələrdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edəcəklər.