Rostov teatrının bədii rəhbəri Bakıya gələcək

Rostov teatrının bədii rəhbəri Bakıya gələcək O, Gənc Tamaşaçılar Teatrında yeni tamaşaya quruluş verəcək
İncəsənət
26 May , 2017 19:07
Rostov teatrının bədii rəhbəri Bakıya gələcək
Report

Bakı. 26 may. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında beynəlxalq layihə əsasında hazırlanacaq yeni uşaq tamaşasının məşqlərinə start verilib.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov qonaq rejissoru truppaya təqdim edərək bildirib ki, Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov incəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova hazırlanacaq yeni səhnə əsərinin quruluşçu rejissoru olacaq: “Rejissor teatrın 2017-ci il üçün repertuar planında təsdiq olunmuş C.Rodarinin “Çipollino” əsəri əsasında eyniadlı tamaşaya quruluş verəcək. Yelena İvanova RF-in bir sıra teatrlarında uşaqlar üçün maraqlı tamaşalara quruluş verib. O, eyni zamanda təcrübəli pedaqoq-rejissordur. Məşq prosesində və məşqdən sonrakı müddətdə Yelena İvanova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyəti ilə aktyor sənətinə aid bir sıra məşğələlər və treninqlər də keçirəcək. Ümidvaram ki, bu əməkdaşlıq da öz bəhrəsini verəcək”.

Bu ilin yanvar ayında Y.İvanova teatrımızla, onun repertuar siyasəti, tarixi və teatrın yaradıcı heyəti, eləcə də hazırlanacaq yeni tamaşanın səhnə eskizləri və rol alacaq aktyorlarla tanışlıq məqsədilə Bakıya gəlib.

Tamaşanın səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu əməkdar artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.

Yeni tamaşada rolları Səbinə Məmmədova, Xəyalə Meydanova, Aygün Fətullayeva, Mehriban Abdullayeva, Hüsniyyə Əhmədova, Zülfiyyə Alhüseynova, Venera Abbasova, Təhminə Məmmədova, Mehriban Hüseynova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Nuranə Hüseynova, İlham Əsədov, Aydın Dəmirov, Anar Seyfullayev, Elgün Yəhyayev, Elşən Şıxəliyev, Ramil Məmmədov, Anar Səfiyev, Vahid Orucoğlu, Ramiq Nəsirov, Eyvaz İbrahimov, Müşfiq Əliyev, Yusif Dadaşov, Natiq Fərzəliyev ifa edəcəklər.

İyunun 25-də premyerası olacaq “Çipollino” ilə teatrın 89-cu mövsümü yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi