Romada azərbaycanlı rəssamın sərgisi açılır

Romada azərbaycanlı rəssamın sərgisi açılır Azərbaycanlı rəssam Faiq Əhmədin fərdi sərgisi Roma Müasir İncəsənət Muzeyində keçiriləcək
İncəsənət
248
10 Fevral , 2016 10:38
Romada azərbaycanlı rəssamın sərgisi açılır

Bakı. 10 fevral. REPORT.AZ/ Roma Müasir İncəsənət Muzeyində (Museo di Arte Contemporanea di Roma - MACRO) azərbaycanlı rəssam Faiq Əhmədin fərdi sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, "Qavrayış nöqtəsi" adlı sərgi bu gün açılır və martın 29-dək davam edəcək.

Təqdim ediləcək bütün işlər xüsusi olaraq MACRO-da nümayiş etdirilmək üçün hazırlanıb. Sərgidə rəssamın sənətində xüsusi yeri olan xalçalarla bərabər, bir çox işlər və quraşdırmalar da yer alıb.

Sərgi Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə keçirilir və "Montoro12" Müasir İncəsənət qalereyasıyla əməkdaşlıq şəklində təşkil olunub.

Son xəbərlər

Orphus sistemi