Məşhur rok-n-rol ifaçısı Leon Rassell vəfat edib - VİDEO

Məşhur rok-n-rol ifaçısı Leon Rassell vəfat edib - VİDEO O, 74 yaşında Amerikanın Neşvill şəhərində dünyasını dəyişib
İncəsənət
13 Noyabr , 2016 20:20
Məşhur rok-n-rol ifaçısı Leon Rassell vəfat edib - VİDEO

Bakı. 13 noyabr. REPORT.AZ/ Dünyanın ən məşhur rok-n-rol və buqi-vuqi ustalarından biri olan Leon Rassell bazar günü 74 yaşında Amerikanın Tenessi ştatının paytaxtı Neşvill şəhərində dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə Londonun "The Independent" qəzeti məlumat yayıb.

"Onun həyat yoldaşı bildirdi ki, ifaçı yuxuda ikən həyatdan köçüb", - deyə nəşr musiqiçinin şəxsi saytında yerləşdirilmiş məlumata istinadən yazıb.

Rassell tanınmış bəstəkar, müğənni və pianoçu idi. Ona "A Song for You" sinqlı (1971) və "Carney" (1972) albomu dünya şöhrəti gətirib.

Son xəbərlər

Orphus sistemi