“Robinzon Kruzo” vəfat edib

“Robinzon Kruzo” vəfat edib İtaliyanın baş naziri Paolo Centiloni: “O, bənzərsiz komik istedadı olan aktyor idi”
İncəsənət
3 İyul , 2017 11:54
“Robinzon Kruzo” vəfat edib

Bakı. 3 iyul. REPORT.AZ/ İtaliyanın məşhur komediya aktyoru, rejissoru və ssenaristi Paolo Villacco 85 yaşında Romada vəfat edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda onun qızı Elizabet “Facebook” səhifəsində yazıb.

Villaco keçmiş sovet kinosevərlərinə daha çox “Senyor Robinzon” filmində oynadığı məhşur Robinzon Kruzo rolu ilə tanışdır. Bundan başqa, Uqo Fantotsi adlı uğursuz mühasib obrazı ilə də yadda qalıb.

İtaliyanın baş naziri Paolo Centiloni öz “Twitter” səhifəsində verdiyi başsağlığında Paolo Villacconu “bənzərsiz komik istedadı olan aktyor” adlandırıb.

Son xəbərlər

Orphus sistemi