Rembrandtın avtoportreti 20 milyon dollara hərraca çıxarılıb

Rembrandtın avtoportreti 20 milyon dollara hərraca çıxarılıb Hollandiya rəssamlığının qızıl dövrünün ən böyük nümayəndəsi Rembrandtın (1606-1669) avtoportreti “Sotheby's” ticarət evində 12-16 milyon funt sterlinqə (15-20 milyon ABŞ dolları) hərraca çıxarılıb.
İncəsənət
154
8 İyun , 2020 15:28
Rembrandtın avtoportreti 20 milyon dollara hərraca çıxarılıb

Hollandiya rəssamlığının qızıl dövrünün ən böyük nümayəndəsi Rembrandtın (1606-1669) avtoportreti “Sotheby's” ticarət evində 12-16 milyon funt sterlinqə (15-20 milyon ABŞ dolları) hərraca çıxarılıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“26 yaşında özünün portretini yaradan usta rəssamın əsəri onun yaradıcılığının ən xoşbəxt və ən gərgin illərində yaradılıb. O dönəmdə Rembrandt Amsterdama köçdükdən sonra peşəkar rəssam kimi populyarlıq qazanmaq üçün əlindən gələni edirdi”, - “Finicial Times” qəzeti yazıb.

Hərracı keçirənlər kətan parça üzərindəki əsərin hazırkı sahibinin adını açıqlamayıb, yalnız onu qeyd ediblər ki, əsərin sahibi onu 2005-ci ildə birbaşa şəxsi kolleksiyadan əldə edib.

Qeyd edək ki, hərrac iyulun 28-də keçiriləcək. Buna qədər isə ticarət evi koronavirusla mübarizə üzrə tədbirlərin yumşaldılmasından faydalanaraq əsəri Nyu York və Honkonqdakı potensial alıcılara təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi