O, əsəri çox bəyəndiyini deyib: "Hazırda tamaşanın stolarxası məşqlərinə başlamışıq. Tamaşanın martın 10-na təhvil verilməsi gözlənilir. Bu fikir Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova aiddir. İsrafil müəllim Milli Teatr Günündə bu tamaşanın premyerasının olmasını məsləhət bilib. Tamaşada Xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, əməkdar artistlər Sənubər İsgəndərli, Kazım Abdullayev çıxış edəcək. Əsərdə Dvorjakın "Rusalka" operasının musiqisindən istifadə ediləcək. Tamaşanın premyerasında müəllifin özünün iştirakı gözlənilir".
Qeyd edək ki, ixtisasca beyin cərrahı olan Toyqun Ozbay Türkiyədə rəssam və yazıçı kimi tanınır. 1956-cı ildə İstanbulda doğulan Toyqun Ozbay "Mat", "İyirmi bir on beş qatarı", "Şərəfinə İnsanoğlu" əsərlərinin müəllifidir. Hər üç əsər Türkiyənin müxtəlif teatrlarının səhnəsində, o cümlədən ABŞ-da səhnəyə qoyulub.