Rasim Əliyevin "Xatirələr" kitabının təqdimatı keçirilib

Rasim Əliyevin "Xatirələr" kitabının təqdimatı keçirilib Paytaxtda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması onun adı ilə bağlıdır
İncəsənət
7 Aprel , 2017 19:13
Rasim Əliyevin Xatirələr kitabının təqdimatı keçirilib

Bakı. 7 aprel. REPORT.AZ/ Görkəmli memar Rasim Əliyevin "Xatirələr" kitabının təqdimatı keçirilib. 

"Report" xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbir mərasim memar haqqında sənədli filmin nümayişi ilə başlayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, üç ildir çapa hazırlanan bu kitab Rasim Əliyevin yaşadığı dövrün, epoxanın portretidir  “Bu gün Azərbaycan memarlarının yaratdıqları Bakıda harmonik şəkildə bir-birini tamamlayır”.

Tədbirdə iştirak edən ziyalılar və siyasi xadimlər memar haqqında təəssüratlarını bölüşüblər.

Kitabda memarın xatirələri, fəaliyyəti haqqında dedikləri, həmçinin onun müasiri olmuş şəxslərin onun haqqında fikirləri əks olunub.

Qeyd edək ki, Rasim Əliyev 1934-cü il iyulun 16-da Gəncədə akademik Həsən Əliyevin ailəsində anadan olub. O, 1965-ci ildə Bakının baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib.

Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir.

Paytaxtda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması onun adı ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi