Rasim Balayevin müalicəsi üçün Türkiyədən Bakıya həkim gətirilib

Rasim Balayevin müalicəsi üçün Türkiyədən Bakıya həkim gətirilib Daha bir həkim isə İsraildən gələcək
İncəsənət
112
4 Dekabr , 2017 15:51
Rasim Balayevin müalicəsi üçün Türkiyədən Bakıya həkim gətirilib

Daha bir həkim isə İsraildən gələcək

Bakı. 4 dekabr. REPORT.AZ/  "Müalicəm üçün Türkiyədən gəlməli olan həkim artıq Bakıdadır".

Bunu "Report"a açıqlamasında xalq artisti Rasim Balayev deyib.

O qeyd edib ki, hazırda Mərkəzi Gömrük Hospitalında müayinə olunur: "Türkiyədən gələn həkim nevropotoloqdur. O, ev şəraitində müalicəm üçün dərmanlar yazdı. Həkim Türkiyəyə qayıdacaq. Türkiyəli həkim dedi ki, 20 gün, bir ay sonra onunla əlaqə saxlayıb səhhətim haqqında yenidən məlumat verim. Bununla yanaşı, belimdə olan ağrıları müalicə etmək üçün İsraildən həkim gələcək".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə üçün Türkiyəyə göndəriləcəyi nəzərdə tutulmuşdu. Daha sonra həkimin Azərbaycana gəlməsi və aktyoru burada müalicə etməsi qərara alınıb. Xalq artistinin müalicə xərclərini Azərbaycan dövləti ödəyəcək.

Son xəbərlər

Orphus sistemi