Bakı. 24 iyun. REPORT/ AZ Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruzun 60 illik yubileyi münasibətilə çalışdığı teatrda xüsusi tamaşa səhnəyə qoyulacaq.
O, "Report"a açıqlamasında bildirib ki, oktyabr-noyabr aylarında Milli Dram Teatrında təntənəli yubiley gecəsi keçiriləcək.
Mayın 25-də 60 yaşının tamam olduğunu, bu münasibətlə işlədiyi teatrda özünün iştirakı ilə silsilə tamaşalar nümayiş etdirildiyini deyən xalq artisti bildirib ki, təmtəraqlı yubiley gecəsinin keçirilməsi payıza qalıb: "Mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi. Yubileyim bu hadisə ərəfəsinə düşdüyünə görə, təntənəli tədbirin keçirilməsinə razılıq vermədim".
R.Novruzun sözlərinə görə,
Qeyd edək ki, Ramiz Novruzun 60 illik yubileyi şərəfinə Akademik Milli Dram Teatrında yeni tamaşaya quruluş veriləcək. Tamaşanın hansı əsər əsasında hazırlanacağı hələ dəqiqləşməyib.

