Qubada “Alma bayramı" atəşfəşanlıqla başa çatıb - FOTO - VİDEO - YENİLƏNİB

Qubada “Alma bayramı" atəşfəşanlıqla başa çatıb - FOTO - VİDEO - YENİLƏNİB Quba rayonunda keçirilən Alma bayramı atəşfəşanlıqla başa çatıb.
İncəsənət
12 Oktyabr , 2019 19:17
Qubada “Alma bayramı atəşfəşanlıqla başa çatıb - FOTO - VİDEO - YENİLƏNİB

Quba rayonunda keçirilən  "Alma bayramı" atəşfəşanlıqla başa çatıb.  

“Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunan bayram tədbiri yekunlaşıb.

Qeyd edək ki, bayram tədbirinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri iştirak ediblər. 

Xatırladaq ki, “Alma bayramı” 2012-ci ildən etibarən keçirilir. 


***13:58

Video əlavə olunub


***11:56

Quba rayonunda "Alma bayramı" keçirilir.

“Report"un Şimal bürosunun verdiyi məlumata görə, bayram tədbiri Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunub.

Tədbir Azərbaycanın Dövlət Bayrağı və avtomobillərin üzərində almalardan hazırlanmış bəzəkli köşklərin möhtəşəm keçid-paradı ilə başlayıb.

Bayram tədbirinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılıb.

Təşkilat Komitəsindən “Report"un Şimal bürosuna verilən məlumata görə, parkın ərazisində qonşu rayonların da iştirakı ilə olduqca maraqlı sərgi və guşələr, rayonda yaşayan ayrı-ayrı xalqlara məxsus mətbəx nümunələri, almadan hazırlanmış müxtəlif növ təamlar, baxımlı kompozisiyalar nümayiş etdiriləcək: "Bayramda proqram çərçivəsində müxtəlif nominasiyalar üzrə müsabiqələr keçiriləcəyi, respublikamızın populyar incəsənət ustalarının, eləcə də Quba rayonunun və qonşu rayonların istedadlı ifaçılarının və bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunacaq, konsert proqramı gün ərzində davam edəcək, şənlik axşam saatlarında möhtəşəm atəşfəşanlıqla başa çatacaq. Tədbir çərçivəsində bağbanlar arasında ən böyük alma nominasiyası üzrə qalib də müəyyənləşəcək".

Bayram şənliyində çoxsaylı qonaqların iştirakı gözlənilir.

Qeyd edək ki, “Alma bayramı” 2012-ci ildən etibarən keçirilir. 

Son xəbərlər

Orphus sistemi