"Qəhrəmanlar qadın rejissorların gözü ilə" adlı tədbir keçirilib

"Qəhrəmanlar qadın rejissorların gözü ilə" adlı tədbir keçirilib "Qəhrəmanlar qadın rejissorların gözü ilə" adlı tədbir keçirilib.
İncəsənət
25 Noyabr , 2022 19:50
Qəhrəmanlar qadın rejissorların gözü ilə adlı tədbir keçirilib

"Qəhrəmanlar qadın rejissorların gözü ilə" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan tədbirdə Qarabağ müharibəsində şəhid olmuş 3 Milli Qəhrəman haqqında qadın rejissorların çəkdiyi sənədli filmlər nümayiş etdirilib.

Çəkilən filmlər Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” layihəsi çərçivəsində hazırlanıb.

Filmlər Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərova həsr olunan “Oğlumun gündəliyi” sənədli filmi, Azərbaycanın Milli Qəhrəman Səfa Axundova həsr olunan “Göylərə bağlı Səfa” və Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanova həsr olunan “Mən sizinləyəm” sənədli filmidir.

Qeyd edək ki, artıq uzun müddətdir studiyada Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sənədli filmlər çəkilir.

Son xəbərlər

Orphus sistemi