Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabrın 6-dan 15-dək Qazaxıstanın Astana və Almatı şəhərlərində Qazax xanlığının 550 illiyinə həsr olunan müxtəlif konsertlər, səhnələşdirilmiş tamaşalar keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu və balaban ifaçısı Mehman Nuriyev mərasimlərdə iştirak etmək üçün Qazaxıstana gedəcək.