Qazax teatrında "Solğun çiçəklər" tamaşasının premyerası olacaq

Qazax teatrında "Solğun çiçəklər" tamaşasının premyerası olacaq Teatrda yeni səhnə əsərinə ictimai baxış keçirilib
İncəsənət
24 İyun , 2016 13:04
Qazax teatrında Solğun çiçəklər tamaşasının premyerası olacaq

Bakı. 24 iyun. REPORT.AZ/ Qazax Dövlət Dram Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri əsasında hazırlanan tamaşaya ictimai baxış keçirilib.

Bu barədə "Report"a teatrın direktoru Saqif İsgəndərov məlumat verib.

Səhnə əsərinin quruluşçu rejissoru, xalq artisti Zülfüqar Abbasov, quruluşçu rəssamları Afiq Məmmədov, Səyyad Məmmədovdur. Tamaşada əsas rolları Yusif Qoca, Zəmalə Orucova, Nazilə Məmmədova, İlqar Hacıəliyev və başqaları ifa edir.

Səhnə əsərinin premyerası iyunun sonunda olacaq. 

Qeyd edək ki, Qazax Dövlət Dram Teatrı iyulun 15-də teatr mövsümünü "Solğun çiçəklər" tamaşası ilə başa vuracaq. Teatr yeni mövsümünü sentyabrın 20-də açacaq.  

Son xəbərlər

Orphus sistemi