Bakı. 19 yanvar. REPORT.AZ/ Nizami kino mərkəzində "Qanlı Yanvar" bədii filminin təqdimat keçirilib.
"Report"un məlumatına görə, filmin təqdimatında Azərbaycanın tanınmış siyasi, ictimai və incənət xadimləri, deputatlar, o cümlədən Milli Məclis sədrinin müavini Bahar Muradova iştirak edib.
Filmin rejissoru və ssenari müəllifi Vahid Naxış, baş prodüseri Mirşahin, prodüserləri Vaqif Əsədullayev və Rüfət Əsədov, musiqi müəllifi Ariya Əziminejad, montaj edəni Məstanə Mühacir, rəssam Mina Sultan, baş operator Əfşin Əlizadədir.
Filmdə çəkilmiş xarici artistlər - Nəbahat Çehrə, Leyn Devis, yerli aktyor və aktrisalar da təqdimatda iştirak ediblər.
Bədii filmdə Bakının 1990-cı ildə yanvarın 19-dan 20-ə və 20-dən 21-ə keçən gecələri təsvir edilib. Filmdə Azərbaycan inqilabçıları şəhərə girmiş işğalçı qoşunlara qarşı döyüşür, onlardan qisas almaq üçün mübarizə aparırlar.











