Parisdə XVI Sen-Jermen-de-Pre Caz Festivalı keçiriləcək

Parisdə XVI Sen-Jermen-de-Pre Caz Festivalı keçiriləcək Azərbaycanlı musiqiçi Parisdə çıxış edəcək
İncəsənət
17 Fevral , 2016 19:21
Parisdə XVI Sen-Jermen-de-Pre Caz Festivalı keçiriləcək

Bakı. 17 fevral. REPORT.AZ/ Mayın 19-dan 31-dək Parisdə XVI Sen-Jermen-de-Pre Caz Festivalı (Festival Jazz à Saint-Germain-des-Prés Paris) keçiriləcək.

"Report" xəbər verir ki, mötəbər tədbirdə Azərbaycanı tanınmış caz pianoçusu Elçin Şirinovun rəhbərlik etdiyi Azərbaycan-Britaniya-İtaliya caz triosu təmsil edəcək.

Qrupun çıxışı mayın 27-də Parisin “Maison des Cultures du Monde” məkanında Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə reallaşacaq.

“Elçin Şirinov Trio”ya Andrea Di Biase (bass) və Deyv Hamblett (zərb alətləri) daxildir.

Elçin Şirinov dəfələrlə Avropa ölkələrində Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Qərb caz sənətinin incə və ritmik çalarları da daxil olmaqla ahəngdar musiqi sintezindən ibarət möhtəşəm konsert proqramları ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi