Parisdə incəsənət tədbirində Azərbaycanın görkəmli musiqiçilərinin əsərləri ifa edilib

Parisdə incəsənət tədbirində Azərbaycanın görkəmli musiqiçilərinin əsərləri ifa edilib Fransanın paytaxtı Parisdə şəhərin istedadlı sənətkar qadınlarına həsr olunmuş tədbirdə pianoçu Səidə Zülfüqarova Azərbaycan musiqilərini ifa edib.
İncəsənət
10 Mart , 2023 05:50
Parisdə incəsənət tədbirində Azərbaycanın görkəmli musiqiçilərinin əsərləri ifa edilib

Fransanın paytaxtı Parisdə şəhərin istedadlı sənətkar qadınlarına həsr olunmuş tədbirdə pianoçu Səidə Zülfüqarova Azərbaycan musiqilərini ifa edib.

“Report”un yerli bürosu xəbər verir ki, paytaxtın 8-ci rayonunun İcma həyatı və Vətəndaş Evində baş tutan tədbirdə Azərbaycanın istedadlı pianoçusu Səidə Zülfüqarova Fikrət Əmirov, Arif Məlikov, Ədilə Hüseynzadənin əsərlərini ifa edib.

Tədbirdə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin şeirlərindən bir hissə qonaqlara təqdim olunub.

Tədbirdə paytaxtın istedadlı musiqiçiləri, rəqqasələri, səhnə ustaları, rəssamları təmsil olunublar.

Son xəbərlər

Orphus sistemi