Bakı. 22 iyun. REPORT.AZ/ Məşhur rəssam Pablo Pikassonun "Oturan qadın" tablosu Londonun Sotheby's, hərracında 63 milyon dollara (43,3 milyon funt sterlinq) satılıb.
"Report" xəbər verir ki, məşhur əsərin ilkin qiyməti 41 milyon dollar olub.
Məşhur tabloda tanınmış rəssam Fernand Olivienin sevgilisi təsvir olunub.
Hərracda P.Pikasso ilə yanaşı, P.Qoqen və O.Rodenin əsərləri də satışa çıxarılıb.