"Oskar"ın ilk afroamerikalı mükafatçısı 94 yaşında vəfat edib

"Oskar"ın ilk afroamerikalı mükafatçısı 94 yaşında vəfat edib "Oskar"ın ən yaxşı aktyor nominasiyasında ilk afroamerikalı mükafatçısı Sidni Puatye 94 yaşında vəfat edib.
İncəsənət
347
8 Yanvar , 2022 00:11
Oskarın ilk afroamerikalı mükafatçısı 94 yaşında vəfat edib

"Oskar"ın ən yaxşı aktyor nominasiyasında ilk afroamerikalı mükafatçısı Sidni Puatye 94 yaşında vəfat edib.

"Report" bu barədə TMZ-yə istinadən xəbər verir.

ABŞ və Baham adaları vətəndaşlığı olan aktyorun ölüm səbəbi barədə məlumat verilmir.

Sidni Puatye 1927-ci ildə ABŞ-ın Mayami şəhərində Baham adalarından gələn miqrant ailəsində doğulub. Aktyorluq karyerası ərzində onlarla filmə çəkilib. 1963-cü ildə ekranlaşdırılan "Çöl zanbaqları" filminə görə "Ən yaxşı aktyor" nominasiyasında Oskar mükafatına layiq görülüb. Daha sonra Puatye Baham adalarının Yaponiyadakı səfiri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi