Opera və Balet Teatrının solistləri Qırğızıstanda qastrol səfərində olacaq

Opera və Balet Teatrının solistləri Qırğızıstanda qastrol səfərində olacaq Opera Teatrının solistləri Bişkəkdə T.Satılqanova adına Qırğızıstan Milli Filarmoniyasında keçiriləcək möhtəşəm qala konsertdə çıxış edəcək
İncəsənət
10 May , 2016 13:16
Opera və Balet Teatrının solistləri Qırğızıstanda qastrol səfərində olacaq

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc dirijoru, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev və teatrın solistləri, əməkdar artistlər Fərid Əliyev və İlahə Əfəndiyeva oktyabrın 12-dən 16-na qədər Qırğızıstanda qastrol səfərində olacaq.

Bu barədə "Report"a teatrdan məlumat verilib.

Opera Teatrının solistləri oktyabrın 16-da Bişkəkdə T.Satılqanova adına Qırğızıstan Milli Filarmoniyasında keçiriləcək möhtəşəm qala konsertdə çıxış edəcək.

Türkdilli ölkələr və MDB-dən dəvət olunan ən yaxşı sənətçilərin iştirakı ilə baş tutacaq konsertdə Azərbaycanı təmsil edəcək Ə.Quliyev, F.Əliyev və İ.Əfəndiyeva klassik dünya bəstəkarları ilə yanaşı, milli musiqi və vokal sənətindən də nümunələr ifa edəcəklər. 

Son xəbərlər

Orphus sistemi