Opera və Balet Teatrı mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq

Opera və Balet Teatrı mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq Dirijor əməkdar incəsənət xadimi Sevil Hacıyevadır
İncəsənət
11 Sentyabr , 2017 12:34
Opera və Balet Teatrı mövsümü Leyli və Məcnun tamaşası ilə açacaq

Bakı. 11 sentyabr. REPORT.AZ/ Opera və Balet Teatrı 109-cu mövsümünü sentyabrın 19-da Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası ilə açacaq.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Tamaşada xalq artisti Mənsum İbrahimov (Məcnun) və gənc solist Arzu Əliyeva (Leyli),  əməkdar artistləri Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Sabir Əliyev (Şeyx) və başqaları rol alıblar. Dirijor əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Ü.Hacıbəyli IX Beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaq digər tamaşa  Q.Qarayevin "Yeddi gözəl" baleti isə sentyabrın 24-də nümayiş olunacaq.

Balet tamaşasında solistlər Anar Mikayılov (Bəhram şah), əməkdar artist Nigar İbrahimova (Gözəllər gözəli), Samirə Məmmədova (Çin gözəli), Failə Bolqarova (Xarəzm gözəli), Leyla Narimanidze (Çin gözəli), Ayan Eyvazova (Məğrib gözəli), Cəmilə Kərimova (Bizans gözəli), Elmirta Süleymanova (Slavyan gözəli), Əməkdar artist Samir Səmədov (Səməndər) və başqaları çıxış edəcəklər. Dirijor xalq artisti, professor Cavanşir Cəfərovdur.

Son xəbərlər

Orphus sistemi