Oktyabrın 25-də Bakıda Beynəlxalq Caz Festivalı başlayır

Oktyabrın 25-də Bakıda Beynəlxalq Caz Festivalı başlayır Festival noyabrın 3-dək davam edəcək
İncəsənət
29 Sentyabr , 2015 11:54
Oktyabrın 25-də Bakıda Beynəlxalq Caz Festivalı başlayır

Bakı. 29 sentyabr. REPORT.AZ/ Oktyabrın 25-dən noyabrın 3-dək Bakıda Beynəlxalq Bakı Caz Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, festival çərçivəsində oktyabrın 27-də Heydər Əliyev Sarayında FOURPLAY kvartetinin konserti olacaq. 25 il səhnədə olan caz qrupu hit musiqilərini Bakı tamaşaçıları üçün səsləndirəcək.

Oktyabrın 30-da isə Heydər Əliyev Sarayında Çarlz Lloyd kvartetinin konserti olacaq.

Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalı 2002-ci ildən etibarən hər il oktyabr ayında Bakıda təşkil edilir.

Festivalda həm xarici, həm də yerli caz ulduzları iştirak edir. Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi