“Odlar ölkəsi” devizi ilə gənc estrada ifaçılarının konserti keçiriləcək

“Odlar ölkəsi” devizi ilə gənc estrada ifaçılarının konserti keçiriləcək Konsert Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq
İncəsənət
1 iyun 2017 16:46
“Odlar ölkəsi” devizi ilə gənc estrada ifaçılarının konserti keçiriləcək

Bakı. 1 iyun. REPORT.AZ/ Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında gənc estrada ifaçılarının “Odlar ölkəsi” adlı konserti keçiriləcək 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 7-də keçiriləcək konsert “Mədəniyyət” kanalının və “Azərbaycan” radiosunun təşkilatçılığı ilə baş tutacaq.

Konsert proqramında Sərxan Cəfərov, Şövqi Əmrahov, Nigar Xəlili, Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sevinc Cavadova, Səfa Eldar, Fərəh Həsənzadə, İradə Musayeva, Emin İsmayılov, Bəsti Qasımova, Leyla Əmrahova və digərləri çıxış edəcək. Konsert boyu gənc müğənniləri Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin kiçik heyəti müşayiət edəcək.

Son xəbərlər

Orphus sistemi