Nyu-Yorkda İrəvan haqqında film ABŞ ictimaiyyətinə təqdim edilib

Nyu-Yorkda İrəvan haqqında film ABŞ ictimaiyyətinə təqdim edilib Bakı. 20 noyabr. REPORT.AZ/ Bakı Slavyan Universitetinin (BSU) professoru, əməkdar jurnalist Şəlalə Həsənovanın müəllifi olduğu “İrsimizə atəş açmayın” sənədli filmi ABŞ ictimaiyyətinə təqdim edilib.
İncəsənət
100
20 Noyabr , 2018 12:24
Nyu-Yorkda İrəvan haqqında film ABŞ ictimaiyyətinə təqdim edilib
0 : 00
0 : 00

Bakı. 20 noyabr. REPORT.AZ/ Bakı Slavyan Universitetinin (BSU) professoru, əməkdar jurnalist Şəlalə Həsənovanın müəllifi olduğu “İrsimizə atəş açmayın” sənədli filmi ABŞ ictimaiyyətinə təqdim edilib. 

"Report" xəbər verir ki, film Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi və Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə Nyu-Yorkun Bruklin meriyasında ("Brooklyn Borough Hall") baş tutub. 

Tədbiri Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının və Nyu-Yorkdakı “Azərbaycan Evi”nin prezidenti Minəvvər Vahabova açaraq hər daşında əcdadlarımızın irsi uyuyan İrəvan haqqında faktların Amerika ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, Şəlalə Həsənovanın hazırladığı filmin gücü və təsiri onun təməlini təşkil edən təkzibolunmaz faktlardadır. Belə ki, Azərbaycan İrəvanının tarixi, məscid arxitekturası fransız, rus, ingilis, erməni alimləri, səyahətçiləri, yazıçılarının xatirələrində canlandırılır. Bununla yanaşı, film Ermənistan-Azərbaycan “Sülh platforması”nın fəaliyyətini işıqlandıraraq Azərbaycanın sülhməramlı çağırışlarını, tolerant mövqeyini geniş xarici ictimaiyyətə bəyan edir.

Filmin nümayişindən sonra çıxış edən BMT-nin qeyri-hökumət təşkilatları ilə əlaqələr üzrə baş meneceri Jon Lieçti, Bruklin merinin rusdilli icmalar üzrə köməkçisi Marietta Rozental, Amerikada dağ yəhudiləri icmasının rəhbəri Yakov Abramov, Özbəkistan icmasından Gülşən Marşall, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova, Türkiyə icmasından Tulin Corakçı Anit, Florida-Azərbaycan Amerika Assosiasiyasının rəhbəri Töhfə Eminova və başqaları filmin sülhməramlı ovqatını, nadir kitabların və sənədlərin yer almasını, dağıdılmış İrəvan məscidlərinin şəhərin xəritəsində dəqiq yerləri göstərilməklə canlandırılmasını önəmli xüsusiyyət kimi qeyd ediblər.

Tədbir çərçivəsində Florida, Texas, Meyn, Şimali Karolina, Minnesota ştatlarından gəlmiş Azərbaycan diasporasının nümayəndələri maraqlı ictimai müzakirəyə qatılıblar.

Tədbirdə Azərbaycanın ABŞ-daki səfirliyinin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri Vüqar MəmmədovSəlhət Abbasova iştirak ediblər. Dövlət Komitəsinin Amerika regionu şöbəsinin müdir müavini S.Abbasova filmlə bağlı fikirlərini bölüşüb, xarici ölkələrdə bu kimi ictimai müzakirələrin önəmini vurğulayıb.

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova “İrəvan haqqında filmin Amerikada təqdimatı və ictimai müzakirənin təşkili" layihəsinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirildiyini bildirərək, milli donora, tədbirin təşkilatçısına, Azərbaycanın ABŞ-dakı səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, qonaqlara təşəkkürünü bildirib. 

Tədbirin sonunda Şəlalə Həsənovaya Nyu-York şəhəri Bruklin bölgəsinin başçısı Erik Adamsın təşəkkürnaməsi təqdim olunub.

Son xəbərlər

Orphus sistemi