"Nobel qardaşları" kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən film çəkilir

"Nobel qardaşları" kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən film çəkilir Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılır
İncəsənət
29 İyun , 2015 11:47
Nobel qardaşları kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən film çəkilir

Bakı. 29 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Nobel qardaşları" kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən qısametrajlı film çəkilir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb. 

"Postskriptum" adlı ekran əsərinin ssenari müəllifi Ramiz Fətəliyev və Emin Mirabdullayev, rejissoru Emin Mirabdullayev, operatoru Əli Sultan, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli canlandırır. Ekran əsərində, həmçinin əməkdar artistlər Ayşad Məmmədov, Eldar Bağırbəyov və digərləri rol alıb.

Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.

Son xəbərlər

Orphus sistemi