Nizami Kino Mərkəzi ermənipərəst Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina etdi

Nizami Kino Mərkəzi ermənipərəst Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina etdi Oktyabrın 26-da amerikalı aktyor və rejissor Mel Qibsonun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə verdiyi dəstək paylaşımı Nizami Kino Mərkəzinin haqlı etirazına səbəb olub.
İncəsənət
5463
27 Oktyabr , 2020 00:58
Nizami Kino Mərkəzi ermənipərəst Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina etdi

Oktyabrın 26-da amerikalı aktyor və rejissor Mel Qibsonun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə verdiyi dəstək paylaşımı Nizami Kino Mərkəzinin haqlı etirazına səbəb olub.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən “Report”a bildirilib ki, onun bu paylaşımı Azərbaycanın tarixi, bu günü və sabahı haqqında heç bir məlumatının olmadığından xəbər verir və mərkəz tərəfindən işğala, terrorçuluğa dəstək kimi qəbul edilir.

“Bundan sonra etiraz olaraq Nizami Kino Mərkəzi onun iştirakı ilə çəkilən filmlərin nümayişindən imtina edir”, - deyə mərkəzdən bildirilib.

Son xəbərlər

Orphus sistemi