Nikita Mixalkov Bakıda ustad dərsi keçib

Nikita Mixalkov Bakıda ustad dərsi keçib Dekabrın 4-də Heydər Əliyev Sarayında onun yaradıcılıq gecəsi olacaq
İncəsənət
3 Dekabr , 2015 12:38
Nikita Mixalkov Bakıda ustad dərsi keçib

Bakı. 3 dekabr. REPORT.AZ/ Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, görkəmli kinorejissor, aktyor, ssenarist, Rusiyanın xalq artisti Nikita Mixalkov Bakıda ustad dərsi keçib.

"Report" xəbər verir ki, Dövlət Film Fondunda təşkil edilən görüşdə Azərbaycanın kino xadimləri, yaradıcı şəxslər iştirak edib.

Ustad dərsində Nikita Mixalkov azərbaycanlı aktyor və rejissorlara, tələbələrə kino bilgilərindən, film təcrübəsindən danışıb, həmçinin ona ünvanlanan yaradıcı sualları cavablandırıb.

Xatırladaq ki, Rusiyanın görkəmli kino xadimi Nikita Mixalkov 70 illik yubileyi münasibətilə Bakıya yaradıcılıq səfərinə gəlib.

Dekabrın 4-də Heydər Əliyev Sarayında N.Mixalkovun yaradıcılıq gecəsi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi