Nataliya Oreyro xəstəxanaya yerləşdirilib

Nataliya Oreyro xəstəxanaya yerləşdirilib Həkimlər ona fiziki yorğunluq diaqnozu qoyublar
İncəsənət
763
14 Aprel , 2018 03:57
Nataliya Oreyro xəstəxanaya yerləşdirilib

Bakı. 14 aprel. REPORT.AZ/ "Vəhşi mələk" serialından tanınan məşhur aktrisa Nataliya Oreyro təcili xəstəxanaya yerləşdirilib.

"Report" "Unica" nəşrinə istinadən xəbər verir ki, hadisə aktrisanın Tel-Əvivə uçuşu öncəsi baş verib. O, özündə kəskin nasazlıq hiss edib.

Həkimlər Oreyroya fiziki yorğunluq diaqnozu qoyublar.

Nataliya 2018-ci ilin yayında ekranlara çıxacaq "Re Loca" komediyasının çəkilişlərində iştirak edir.

Son xəbərlər

Orphus sistemi