“Nar bağı” filmi Polşada beynəlxalq mükafata layiq görülüb

“Nar bağı” filmi Polşada beynəlxalq mükafata layiq görülüb Bakı. 13 noyabr. REPORT.AZ/ “Nar bağı” bədii filmi Polşada keçirilən 12-ci Lublin Film Festivalının QRAN-PRİ mükafatına layiq görülüb.
İncəsənət
13 Noyabr , 2018 13:29
“Nar bağı” filmi Polşada beynəlxalq mükafata layiq görülüb

Bakı. 13 noyabr. REPORT.AZ/ “Nar bağı” bədii filmi Polşada keçirilən 12-ci Lublin Film Festivalının QRAN-PRİ mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, "Azərbaycanfilm" kinostudiyası və "Buta film" kinoşirkətinin birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.

Filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

Son xəbərlər

Orphus sistemi