“Nar bağı” bədii filmi Avrasiya Beynəlxalq Film Festivalına dəvət alıb

“Nar bağı” bədii filmi Avrasiya Beynəlxalq Film Festivalına dəvət alıb Festival 22-28 iyul tarixlərində Astanada keçiriləcək
İncəsənət
1150
5 İyul , 2017 14:34
“Nar bağı” bədii filmi Avrasiya Beynəlxalq Film Festivalına dəvət alıb

Bakı. 5 iyul. REPORT.AZ/ İlqar Nəcəfin “Nar bağı” bədii filmi Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalına dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından "Report"a verilən məlumata görə, “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan yeni ekran əsəri festivalın əsas müsabiqə proqramında yer alıb. 

Festival 22-28 iyul tarixlərində Astanada keçiriləcək.

Qeyd edək ki, “Nar bağı” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

Son xəbərlər

Orphus sistemi