Musiqili Teatrın kollektivi cəbhə bölgəsinə gedəcək

Musiqili Teatrın kollektivi cəbhə bölgəsinə gedəcək Quzanlıda “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyası nümayiş etdiriləcək
İncəsənət
19 İyun , 2017 16:31
Musiqili Teatrın kollektivi cəbhə bölgəsinə gedəcək

Bakı. 19 iyun. REPORT.AZ/ Musiqili Teatrın kollektivi cəbhə bölgəsinə qastrol səfərinə gedəcək. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kollektiv iyunun 20-də Ağdamın Quzanlı qəsəbəsində çıxış edəcək

Qastrol səfəri “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” ölkə Prezidentinin sərəncamına əsasən baş tutatcaq. 

Teatrın kollektivi Ağdam sakinləri qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyası ilə çıxış edəcək.

Tamaşada rolları xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Qartal, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Elçin İmanov, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.

Son xəbərlər

Orphus sistemi