Musiqili Teatrın aktyorları Fəcr Festivalında mükafata layiq görülüb

Musiqili Teatrın aktyorları Fəcr Festivalında mükafata layiq görülüb Teatr festivalda Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyası ilə çıxış edib
İncəsənət
18 Yanvar , 2017 16:42
Musiqili Teatrın aktyorları Fəcr Festivalında mükafata layiq görülüb

Bakı. 18 yanvar. REPORT.AZ/ Musiqili Teatrın əməkdar artistləri Nahidə Orucova, Ələkbər Əliyev və Əkbər Əlizadə İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında mükafata layiq görülüblər.

Teatrdan "Report"a verilən məlumata görə, Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olublar.

Qeyd edək ki, teatr festivalda Azərbaycanı Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyası ilə təmsil edib.

Son xəbərlər

Orphus sistemi