Musiqili Teatrda Yaradıcılıq Studiyası fəaliyyətə başlayıb

Musiqili Teatrda Yaradıcılıq Studiyası fəaliyyətə başlayıb Studiyaya istedadlı gənclərin qəbulu davam edir
İncəsənət
30 Oktyabr , 2015 11:59
Musiqili Teatrda Yaradıcılıq Studiyası fəaliyyətə başlayıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında Yaradıcılıq Studiyası yenidən fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, yaradıcılıq studiyasının rəhbəri, əməkdar incəsənət xadimi, Prezident mükafatçısı, rejissor Əsgər Əsgərovdur.

Artıq yaradıcılıq studiyasının ilk məşğələsi keçirilib. Məşğələdə Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə və Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, Əliqismət Lalayev iştirak edib.

Qeyd edək ki, hazırda Azərbaycan Dövlət Musiqili Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasına istedadlı gənclərin qəbulu davam edir.

Son xəbərlər

Orphus sistemi