Musiqili Teatrda Həsənağa Qurbanovun yubileyi qeyd olunacaq

Musiqili Teatrda Həsənağa Qurbanovun yubileyi qeyd olunacaq Tədbirdə “Xatirələrdə yaşayan ömür” və Meray Həsənağaqızının “Mən sənətkar qızıyam” kitablarının təqdimatı olacaq
İncəsənət
20 Noyabr , 2015 17:38
Musiqili Teatrda Həsənağa Qurbanovun yubileyi qeyd olunacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun 60 illik yubiley qeyd olunacaq. 

"Report" xəbər verir ki, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Musiqili Teatrın təşkilatçılığı ilə noyabrın 23-də keçiriləcək. 

Yubiley tədbirinin quruluşçu rejissoru Azərbaycan Dövlət Musiqili Teatrının gənc rejissoru Anar Sadıqovdur.

Yubiley münasibətlə Musiqili Teatrın foyesində Həsənağa Qurbanovun çəkdiyi rəsmlərdən və onun həyatının müxtəlif dövrlərini özündə əks elətdirən fotolarından ibarət sərgi təşkil olunacaq. Eyni zamanda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə nəşr olunan “Xatirələrdə yaşayan ömür” və Meray Həsənağaqızının “Mən sənətkar qızıyam” kitablarının təqdimatı olacaq.

Tədbir zamanı Həsənağa Qurbanovun həyat və yaradıcılığından bəhs edən iki videoçarxın nümayişi də nəzərdə tutulub. Xalq artistləri - Zaur Rzayevin, Aygün Bayramovanın, Samir Cəfərovun, əməkdar artistlər - Ruhəngiz Musəvinin, İlqar Muradovun, Nuriyyə Hüseynovanın ifasında mahnılar səsləndiriləcək.

Qeyd edək ki, H.Qurbanov 1955-ci ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Naxçıvan şəhər Mədəniyyət Evində müəllim və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrında pianoçu kimi başlayıb. Sonralar Azərbaycan Dövlət Musiqili Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışıb.

2001-2007-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi olub. H.Qurbanov 2007-ci il noyabr 6-da vəfat edib.

Son xəbərlər

Orphus sistemi