Musiqili Teatrda həftəsonu 5 tamaşa nümayiş etdiriləcək

Musiqili Teatrda həftəsonu 5 tamaşa nümayiş etdiriləcək Bunlar “Silva”, “Düyməcik”, “Mənim günahım”, “Dəcəl çəpişlər” və “Baladadaşın toy hamamı” səhnə əsəridir
İncəsənət
5 Aprel , 2017 12:53
Musiqili Teatrda həftəsonu 5 tamaşa nümayiş etdiriləcək

Bakı. 5 aprel. REPORT.AZ/ Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş etdiriləcək. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumta görə, tamaşalar aprelin 7, 8 və 9-da saat 12.00 və 19.00-da başlayacaq. 

Bunlar “Silva” (İ. Kalman), “Düyməcik” (H.K. Andersen), “Mənim günahım” (Q. Qarayevin musiqiləri və İ.Əfəndiyevin eyni adlı pyesi əsasında), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi) səhnə əsərləridir. 

Tamaşalarda rolları xalq artistləri Fatma Mahmudova, Şükufə Yusupova, əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Almaz Ələsgərli, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, İlham Hüseynov, aktyorlar Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Marina Litvinenko, Nadejda Povelitsina, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Yuliya Heydərova, Əliməmməd Novruzov, Telnaz Hüseynova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzimova, Əmrah Dadaşov, Fərid Rzayev, Elməddin Dadaşov, Gülnarə Əzizova, Nahid İsgəndərzadə, Cəlalə Novruzlu, Murad Əliyev, Fidan Babayeva, teatrın on yaşlı aktyoru Rahib Məmmədzadə və başqaları ifa edəcəklər.

Rusdilli tamaşaçılar üçün isə aprelin 7-də saat 19.00-da İ. Kalmanın “Silva” operettası böyüklər, aprelin 8-də saat 12.00-da H.K. Anderseninn “Düyməcik” tamaşası uşaqlar üçün nümayiş olunacaq. Həmçinin O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” əsəri aprelin 10-da  saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək mümkündür. Biletlərin qiyməti 6 manatdan başlayır.  

Son xəbərlər

Orphus sistemi