Musiqili Teatr “Mənim günahım” tamaşasının premyerasına hazırlaşır

Musiqili Teatr “Mənim günahım” tamaşasının premyerasına hazırlaşır Əsər sənətini sevən, bütün varlığı ilə sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir
İncəsənət
27 Yanvar , 2017 18:18
Musiqili Teatr “Mənim günahım” tamaşasının premyerasına hazırlaşır

Bakı. 27 yanvar. REPORT.AZ/ Musiqili Teatrda “Mənim günahım” tamaşasının premyerasına hazırlıq görülür.

Teatrdan "Report"a verilən məlumata görə tamaşa xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və bəstəkar Qara Qarayevin musiqiləri əsasında hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, ideya müəllifi və bədii rəhbəri teatrın direktoru Əliqismət Lalayevdir. Minimalizm üslubunda qurulan tamaşada Qara Qarayevin “Yeddi gözəl” baletindən və digər ölməz musiqilərindən istifadə olunacaq.

Əsər sənətini sevən, bütün varlığı ilə sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir.

Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Tamaşada rolları xalq artisti Şükufə Yusifova, əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edəcəklər. 

Son xəbərlər

Orphus sistemi