Musiqili Teatr işçi axtarır

Musiqili Teatr işçi axtarır Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı işçi axtarır.
İncəsənət
1618
13 Aprel , 2018 16:10
Musiqili Teatr işçi axtarır

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı işçi axtarır.

"Report" xəbər verir ki, Teatr aktyorluq sənəti (Azərbaycan və rus bölməsi), orkestr ifaçılığı və rəqs sənəti ixtisasları üzrə işə qəbul elan edib.

Teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 20 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilərlər. 

Müraciət etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsinin surətini, ali təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış), əmək kitabçasının surətini, tərcümeyi-hal, yaradıcılıq xasiyyətnaməsini (köhnə iş yerindən), 2 fotoşəkil (3x4), fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətlərini təqdim etməlidirlər.

Sənədlərin qəbulu iyulun 1-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi