Müşfiq Hətəmov: "Bizim Kino Günləri"ni regionlarda davam etdirmək istəyirik"

Müşfiq Hətəmov: "Bizim Kino Günləri"ni regionlarda davam etdirmək istəyirik" "Gələcəkdə uşaq filmləri müsabiqəsi keçirəcəyik"
İncəsənət
27 Noyabr , 2015 18:18
Müşfiq Hətəmov: Bizim Kino Günlərini regionlarda davam etdirmək istəyirik

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakıda başlayan "Bizim Kino Günləri" regionlarda davam edəcək. 

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov "Report"a açıqlamasında deyib ki, "Bizim Kino Günləri" çərçivəsində rejisor Asif Rüstəmovun çəkdiyi "Axınla aşağı" filmini Mingəçevirdə nümayiş etdirmək istəyirlər. 

M.Hətəmov bildirib ki, "Bizim Kino Günləri" bitdikdən sonra kino ilə bağlı maraqlı layihələr həyata keçirəcəklər. O qeyd edib ki, 2016-cı ildə isə uşaq filmləri günləri keçirmək haqda düşünürlər: "Uşaq filmləri ilə bağlı müsabiqə elan etmək istəyirik. Əlbəttə ki, belə müsabiqə keçirilsə, uşaq filmləri, cizgi filmləri ciddi təbliğ olunar".

Xatırladaq ki, noyabrın 20-dən başlayaraq Bakıda "Bizim Kino Günləri" start götürüb. Kino günləri dekabrın 8-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi