"Müfəttiş" komediyası 64 ildən sonra Milli Dram Teatrında səhnəyə qoyulacaq

"Müfəttiş" komediyası 64 ildən sonra Milli Dram Teatrında səhnəyə qoyulacaq Tamaşaya son dəfə 1952-ci ildə görkəmli rejissor Mehdi Məmmədov quruluş verib
İncəsənət
195
19 May , 2016 12:01
Müfəttiş komediyası 64 ildən sonra Milli Dram Teatrında səhnəyə qoyulacaq

Bakı. 19 may. REPORT.AZ/ Akademik Milli Dram Teatrında N.V.Qoqolun "Müfəttiş" komediyasının son məşqləri gedir.

Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov "Report"a açıqlamasında deyib ki, tamaşanın premyerası iyun ayında olacaq. 

Tamaşa xalq artisti Rəfael Dadaşovun 70 illik yubileyinə həsr edilib.

Qeyd edək ki, Azərbaycan səhnəsində müxtəlif illərdə tamaşaya qoyulan əsərə, Akademik Milli Dram Teatrının səhnəsində sonuncu dəfə görkəmli teatr rejissoru Mehdi Məmmədov quruluş verib.

1952-ci ildə oynanılan tamaşa N.V.Qoqolun vəfatının 100 illiyinə həsr edilib və əsəri Azərbaycan dilinə Sabit Rəhman tərcümə edib. 

Son xəbərlər

Orphus sistemi