Moskvada Qara Qarayevə həsr olunmuş konsert keçirilib

Moskvada Qara Qarayevə həsr olunmuş konsert keçirilib Noyabrın 24-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunun oranjereyasında Qara Qarayevin əsərlərindən ibarət konsert keçirilib.
İncəsənət
25 Noyabr , 2021 10:47
Moskvada Qara Qarayevə həsr olunmuş konsert keçirilib

Noyabrın 24-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunun oranjereyasında Qara Qarayevin əsərlərindən ibarət konsert keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, Qara Qarayev adına uşaq musiqi məktəbi silsilə konsertləri Moskvanın digər musiqi məktəblərinin iştirakı ilə keçirir.

Tədbirin təşkilində məqsəd dünyaca məşhur azərbaycanlı bəstəkar Qara Qarayevin yaradıcılığını tanıtmaqdır.

Pavilyonun direktoru Səadət Qədirova bu konsertin Moskvanın mədəni həyatında vacib hadisə olduğunu bildirib: “Qara Qarayevin adı təkcə Azərbaycanın deyil, bütün dünyanın musiqi tarixinə qızıl hərflərlə həkk olunub. Bu, artıq 20 ildir ki, Qara Qarayevin adını şərəflə daşıyan uşaq musiqi məktəbi ilə birgə keçirdiyimiz ikinci tədbirdir. Birincisi uşaqların hesabat konserti idi. Bu gün isə Qara Qarayevin yaradıcılığına həsr olunmuş silsilə konsertlərə start veririk.

Qədirova Rusiya və Azərbaycan arasında mədəni körpü olan bu cür tədbirlərin əhəmiyyəti barədə danışıb.

Tədbirdə çıxış edən Qara Qarayev adına uşaq musiqi məktəbinin direktoru Andrey Leonov Qara Qarayevə həsr olunmuş tədbirlər silsiləsinin ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, Qara Qarayev adına uşaq musiqi məktəbi Azərbaycanın hüdudlarından kənarda görkəmli azərbaycanlı bəstəkarın adını daşıyan yeganə təhsil müəsissəsidir. Məktəbdə daim Qarayevin əsərləri səslənir, məktəbin şagirdləri isə sənətkarın əsərlərini müxtəlif müsabiqələrdə, festivallarda, o cümlədən beynəlxalq tədbirlərdə ifa etməklə laureatlar və diplomlar qazanırlar.

Son xəbərlər

Orphus sistemi